Gəncədə ötən gün işıqlandırdığımız problem qismən həll olunub. Bu haqda Gencexeber.az-a 2 iyun tarixində məlumat daxil olub.
Ötən gün şəhərin Aida İmanquliyeva küçəsində yerləşən bir sıra binaların bir həftəyə yaxındır su ilə təchiz olunmaması barədə məlumat paylaşmışdıq. Ərazidə kanalizasiya xətləri çəkilən zaman su borusu kəsilib, daha sonra yanlış calanmışdı. Nəticədə burada yaşayan əhali susuz qalmışdı. Sakinlər aidiyyəti qurumların məsuliyyəti bir-birinin üstünə atdığını bildirirdilər.
Həmin gün “Azərsu” ASC-nin mühəndisi redaksiyamıza qəzanın aradan qaldırılması və su təchizatının bərpa olunması barədə məlumat verib. Sakinlər bildirirlər ki, boru düzgün calanmadığı üçün onlara verilən su mənzillərə qismən çatır. Suyun bir hissəsi calanan yerdən sızaraq quyuya dolur.