Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 22 aprel tarixində məlumat daxil olub.
Hadisə şəhərin Aida İmanquliyeva küçəsində qeydə alınıb. Bina 13-ün qarşısında yerləşən kanalizasiya quyusu səhər saatlarında daşmağa başlayıb. Nəticədə çirkab sular küçə boyunca Atatürk prospektinədək axmağa başlayıb.
Ərazidə kəskin qoxu və antisanitar vəziyyət yaranıb.