25.8 C
Gence
25.8 C
Gence

Şəhərin tarixi ərazisinə tullantılar atılır

Gəncədə tarixi ərazi baxımsız haldadır. Bu haqda 31 mart tarixində Dünya TV-yə istinadən məlumat veririk.

Sözügedən hal qədim Gəncə ərazisində müşahidə olunur. Buranın ümumi ərazisi 900 hektardan çoxdur. Hazırda bura sakinlər tərəfindən çirkləndirilib. Əraziyə məişət tullantıları atılıb.

Məsələ ilə bağlı tarixçi Cavid Bağırzadə fikir bildirib:

“Bu görüntü, təbii ki, ürək ağrıdır. Çox yaxşı olardı ki, təkcə dövlət qurumları deyil, eyni zamanda sadə xalq kütləsi, əhali də maariflənərdi və öz məişət tullantılarını bura atmazdı”.

Ən Çox Oxunan