Gəncədə bu ərazinin sakinləri işıq dirəklərinin quraşdırılacağı günü gözləyirlər. Bu haqda Gəncəxəbər.az 15 aprel tarixində xəbər verir.
Söhbət Abbas Səhhət yaşayış massivindən gedir. Sakinlər bildirirlər ki, axşam olduqda onlar nəinki uşaqlarını həyətə göndərə, özləri belə çölə çıxa bilmirlər.
Ərazidə yaşayanlar dövlət qurumlarından tez bir zamanda məsələnin həll olunmasını xahiş edirlər.