18.6 C
Gence
18.6 C
Gence

Ağzı açıq və yol səthindən aşağıda yerləşən növbəti lüklər

Gəncədə daha iki lükün təmirə ehtiyacı var. Bu haqda Gencexeber.az-a 29 aprel tarixində məlumat daxil olub.

Sözügedən hal şəhərin Nizami prospekti və Ağamirzə Əhmədov küçəsindən gedir. Birinci ərazidə lükün ağzı açıqdır, üstü nə qapaq, nə də dəmir barmaqlıqla örtülməyib. İkinci küçədə isə kanalizasiya quyusunun qapağı olsa da, lük asfalt səviyyəsindən aşağıda yerləşir.

Hər iki lük piyada və sürücülər üçün çətinliklər və təhlükəli hal yaradır.

Ən Çox Oxunan