24.7 C
Gence
24.7 C
Gence

Açıq qaz sayğaclarının üstünə qutular vurulub

Gəncədə qaz sayğacları qutulara salınıb. Bu haqda Gencexeber.az-a 16 may tarixində məlumat daxil olub.

Sözügedən işlər şəhərin Ruzigar Qasımov küçəsində aparılıb. Ərazidə “Təmiz qaz” QSC-nin əməkdaşları çalışıblar. Onlar açıq qaz sayğaclarını qutulara salıblar. Bundan başqa, sayğacları ana xətlə birləşdirən borular yeniləri ilə əvəz olunub.

Bildirilib ki, bu cür tədbirlər şəhərin digər ərazilərində də aparılacaq.

Ən Çox Oxunan