24.7 C
Gence
24.7 C
Gence

Ağamirzə Əhmədov küçəsində kanalizasiya quyusu daşır

Kanalizasiya quyusu daşıb. Bu haqda sentyabrın 16-sı Gencexeber.az-a məlumat daxil olub.

Kommunal qəza Ağamirzə Əhmədov küçəsində baş verib. Ərazidə yerləşən kanalizasiya quyusundan çirkab sular daşır. Sözügedən hal 2 gündür ki, davam edir.

Bildirilib ki, pis qoxu yayan maye küçə boyunca Dəmir yol vağzalıdadək sürətlə axır. Avtomobil yolunda sakinlərin və sürücülərin hərəkəti xeyli məhdudlaşıb.

Ən Çox Oxunan