Gəncədə təmizlik işləri aparılır. Bu haqda 4 aprel tarixində MKTİB-yə istinadən məlumat veririk.
İşlər 18 saylı orta məktəbin ətrafında görülüb. Burada Təmir-Tikinti və Qəza xidməti şöbəsi tərəfindən abadlıq-quruculuq tədbirləri aparılıb. Məktəbətrafı səkilər əsaslı şəkildə yenidən qurulub, ərazinin nahamar hissələrinə əlavə torpaq tökülərək düzləşdirilib, piyadaların rahat hərəkətinin təmin olunması məqsədilə səkilərə yeni beton bordürlər düzülüb, araları suvaqla möhkəmləndirilib.
Aksiyada adıçəkilən ərazi məişət tullantılarından təmizlənib. Bura 10 ədəd yeni konteynerin yerləşdirilməsi üçün xüsusi yerlər hazırlanıb.