Gəncədə bir sıra sakinlər qazla təmin olunacaqlar. Bu haqda 31 may tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Söhbət şəhərin Gülüstan qəsəbəsindən gedir. Burada qazlaşdırma işlərinə başlanılıb. “Azəriqaz” tərəfindən 100-ə yaxın ailənin mavi yanacaqla təmin edilməsi üçün müxtəlif diametrli 650 metr polad boru çəkilib, qaztənzimləyici şkaf quraşdırılıb. Xətlərin çəkilişi 10 günə yekunlaşacaq, sonra isə ev birləşmələri və sayğacların qoyulmasına başlanılacaq.
Bundan sonra şəhərdə qazdan istifadə edən abonentlərin sayı 86 600-ə çatacaq. Gün ərzində isə abonentlərə 195 min kubmetr mavi yanacaq verilir.