10.3 C
Gence
10.3 C
Gence

Yeni il üçün süni şam ağacları neçəyə satılır

Gəncədə Yeni il bayramı ilə əlaqədar süni şam ağacları satılır. Gencexeber.az redaksiyası olaraq, bu il də iki fərqli məkandan qiymətləri öyrənib bu gün, 15 dekabr tarixində oxucularımıza təqdim edirik.

Bu il ən çox çeşid “Azərittifaq” adlanan ərazidəki “Alov” ticarət mərkəzində (Heydər Əliyev prospekti) və “Keçəllər” adlanan ərazidə (Molla Pənah Vaqif küçəsi) mövcuddur.

“Alov” ticarət mərkəzi:

  • Ölçüsü 60 santimetr – 4.50 – 7 manat;
  • Ölçüsü 90 santimetr – 10 – 12 manat
  • Ölçüsü 1.20 santimetr – 25 – 33 manat;
  • Ölçüsü 1.50 santimetr – 37 manat;
  • Ölçüsü 1.80 santimetr – 55 – 60 manat;
  • Ölçüsü 2.10 santimetr – 84 manat və yuxarı.

“Keçəllər” adlanan ərazi:

  • Ölçüsü 60 santimetr – 6 manat;
  • Ölçüsü 90 santimetr – 10 manat
  • Ölçüsü 1.20 santimetr – 25 – 30 manat;
  • Ölçüsü 1.50 santimetr – 35 – 50 manat;
  • Ölçüsü 1.80 santimetr – 60 – 65 manat;
  • Ölçüsü 2.10 santimetr – 80 manat;
  • Ölçüsü 2.20 santimetr – 110 manat.

Bundan başqa, “Alov” ticarət mərkəzində və “Keçəllər” adlanan ərazidəki satış məntəqələrində şam ağacı üçün zər, oyuncaq və işıqların qiyməti 50 qəpikdən 30 manatadəkdir.

Qeyd edək ki, təqdim etdiyimiz qiymətlər ortalamadır. Hər bir ölçüdə məqalədə qeyd olunandan yuxarı qiymətə də süni şam ağacları və bəzəklər var.

Ən Çox Oxunan