Gəncədə konsert proqramı baş tutacaq. Bu haqda Gencexeber.az 19 aprel tarixində məlumat verir.
Ukraynada yaşayan həmvətənimiz Vaqif Nağıyev Gəncə Dövlət Filarmoniyasında konsert verəcək. Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir 28 may saat 19:00-da başlayacaq. Vokalist unudulmayan melodiyaları səsləndirəcək.
Konsertə qatılmaq istəyən şəxslər biletləri iticket.az saytından, mobil tətbiqindən və ya Filarmoniyanın kassasından əldə edə bilərlər. Biletlərin qiyməti 10-60 manat arası dəyişir.
Qeyd edək ki, Vaqif Nağıyev Prezident təqaüdçüsü, beynəlxalq musiqi festivallarının laureatı, “Qolos Ukraіni” yarışmasının finalçısı, Ukraynada Azərbaycan Gəncləri Təşkilatının ilk sədridir.