27.5 C
Gence
27.5 C
Gence

Valideyinlərin nəzərinə: məktəb alış-verişi ortalama hesabla neçəyə başa gəlir?

Bu gün Təhsil Nazirliyinin brifinqindən sonra valideyinlər və şagirdlər məktəbə hazırlığa başlayacaq. Gencexeber.az məktəb alış-verişinin təxmini neçəyə başa gəldiyi haqda məlumat toplayıb.

Məktəbli forması təxmini 30 manatdır. Belə ki, oğlan uşağı üçün şalvarlar 15-20 manata, ağ köynək 11-15 manata, qızlar üçün ətəklər 15 manata, ağ köynək 12 manata başa gəlir. Çantalar 12 manatdan 30 manata qədər, 10 dəftər 9 manata, rəngli gələmlər 2 manata, 10 sadə qələm 2 manata, 10 yazı qələmi isə 2-3 manatadır.

Toplam, bir uşağın məktəb ləvazimatları və uniforması üçün ortalama 65 manat tələb olunur.

Bu gün, 7 sentyabr tarixində Təhsil Nazirliyinin verdiyi məlumata əsasən, Azərbaycanda təhsil 22 və 29 sentyabrdan etibarən əyani şəkildə bərpa olunacaq. Sentyabrın 22 və 29-na kimi keçilməyən dərslər noyabr tətilində keçiriləcək.

Ən Çox Oxunan