24.7 C
Gence
24.7 C
Gence

“Urban” Mərkəzində sərgi baş tutub

Gəncədə Nizami Gəncəvinin 881 illiyinə həsr olunmuş sərgi keçirilib. Bu haqda 10 avqust tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Tədbir İH-nin dəstəyi, Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban” Mərkəzində baş tutub. Burada Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, İcra Hakimiyyətinin rəsmiləri, AMEA-nın Gəncə bölməsinin əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri iştirak ediblər.

Sərgidə Gəncə şəhər Uşaq İncəsənət və Rəssamlıq Məktəblərinin rəsm əsərləri, şəhərimizdə yaşayıb-yaradan sənətkarlardan Saləddin Məhərrəmovun (ağac üzərində işləmə), Nizami Abbasovun (ağac üzərində oyma), Rasim Hüseynovun (çini qablar üzərində miniatür işləmə) və Rza Məmmədovun (dulusçuluq üzrə işləmə) əl işləri nümayiş olunub.

Tədbir 12, 13 və 14 sentyabr tarixlərində də davam edəcək.

Gəncə Şəhər İcra Hakimiyyətindən foto
Gəncə Şəhər İcra Hakimiyyətindən foto
Gəncə Şəhər İcra Hakimiyyətindən foto
Gəncə Şəhər İcra Hakimiyyətindən foto

Ən Çox Oxunan