10.3 C
Gence
10.3 C
Gence

Uşaqlara “Kukuli” interaktiv-musiqili tamaşası təqdim olunacaq

Gəncədə ilk dəfə “Kukuli” tamaşası nümayiş olunacaq. Bu haqda 17 yanvar tarixində İticket.az-a istinadən məlumat veririk.

Mahnıları ilə milyonlarla uşağın sevimlisinə çevrilən “Kukuli” tamaşası Gəncəyə gəlir. İnteraktiv-musiqili tamaşa Türkiyə (Ankara) teatrının təqdimatında Gəncə Dövlət Filarmoniyasında 24 aprel tarixində baş tutacaq. Tədbir saat 11:00-dan 14:00-dək davam edəcək və türk dilində keçiriləcək.

Tamaşanın biletlərini şəhərin bütün kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindəki kassalardan əldə etmək mümkündür. Qiymətlər 6-35 manat arası dəyişir.

Ən Çox Oxunan