24.7 C
Gence
24.7 C
Gence

Uşaqlarınız bu məkanlarda güləşlə məşğul ola bilərlər

Redaksiyamız sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Gəncədə mövcud olan güləş məkanları haqqında məlumat toplayıb. Onları sizə təqdim edirik:

Bu cür məşqlər Yeni Gəncə yaşayış massivində yerləşən 2 saylı orta məktəbdə Ruslan müəllim tərəfindən hər gün keçirilir. Tədris hər bir dərs üçün 2 saat olmaqla həftənin cüt günləri saat 10:00-da, tək günləri isə 18:00-da təşkil edilir. 6-20 yaş aralığında uşaqlar qəbul edilir.

Digər məkanı bəzi sakinlər Dinamo İdman Cəmiyyəti, bəziləri isə “Zenit” adlandırırlar. Burada Ramin müəllim həftənin cüt günləri saat 18:00-da dərs keçir. 2 saat boyunca davam edən məşqlərə 7-12 yaş aralığında uşaqlar cəlb edilir. İdman zalı Həsən Əliyev küçəsində yerləşir.

Bunlardan başqa, 1 saylı tam orta məktəbdə güləş dərsləri keçirilir. Kənbiz müəllim həftənin tək günləri 8-25 yaş aralığında bu idmana həvəs göstərən uşaq və gəncləri güləşin sirlərinə yiyələndirir. 2 saat davam edən məşq qrup və fərdi şəkildə keçirilir.

Sizin övladlarınız sözügedən idman növü üzrə məşğul olub bəyəndiyi məkanlar varsa, onları şərh bölməsində və ya “inbox”-da qeyd edə bilərsiniz.

Ən Çox Oxunan