22.5 C
Gence
22.5 C
Gence

Uşaqlar üçün futbol üzrə məşqlər keçirilən məkanların siyahısı

Redaksiyamız Gəncədə futbol idman növü üzrə dərslər keçirilən bir sıra məkanlar haqda məlumat toplayıb. Bu haqda Gencexeber.az olaraq 19 may tarixində xəbər veririk.

Aşağıda həmin kurslardan bir neçəsi haqda məlumat əks olunub:

  • Yeni Gəncə yaşayış massivi, 54 saylı ATS-nin qarşısında. Dərslərə 6-14 yaş aralığında uşaqlar qatıla bilərlər. 6-9 yaş aralığında məşqlər həftənin I, III və V günləri olmaqla 2 saat (17:00-dan 19:00-dək) davam edir. 12-14 yaşlılar üçün isə eyni saatlarda II, IV və VI günlər. Dərslər Turxan müəllim tərəfindən keçirilir.
  •  Nizami Gəncəvi prospekti, 41 saylı tam orta məktəb. Oğlanlar 6-13, qızlar isə 11-13 yaş arası qəbul edilir. Oğlanların kiçik yaş qruplarının dərsləri II, IV və VI günlər saat 17:00-da, böyük yaş qrupları isə eyni saatda I, III və V günlər təşkil olunur. Qızlar üçün dərslər II, IV və VI günlər saat 14:30-da keçirilir. Məşğələlər Emil müəllim tərəfindən aparılır.
  • Heydər Əliyev prospekti, Paşa Hüseynov adına Futbol təmayüllü internat tipli gimnaziya. Məşğələlərə 6-14 yaş arası oğlanlar qatıla bilərlər. Dərslər kiçik yaş qrupları üçün II, IV və VI günlər saat 16:00-da, böyük yaş qrupları üçün isə eyni vaxtda I, III və V günlər təşkil olunur. Məşğələləri Elşən müəllim aparır.

Qeyd edək ki, yay fəslində məktəblərdə dərslərin keçirilməməsi ilə əlaqədar məşğələlərin vaxtı dəyişdirilir.

Ən Çox Oxunan