Gəncədə ödənişsiz konsert təşkil olunacaq. Bu haqda 3 may tarixində İcra Hakimiyyətindən məlumat daxil olub.
Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert proqramı İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq. Bu münasibətlə Türkiyənin məşhur müğənnisi Rafet El Roman Gəncəyə gəlir. O, 10 may tarixində saat 19:00-da Heydər Əliyev adına Park-Xiyaban Kompleksindəki “Zəfər Tağı”nın qarşısında konsert verəcək.
Tədbirə şəhərin bütün sakinləri və qonaqları dəvətlidirlər.