25.8 C
Gence
25.8 C
Gence

Qara Dərviş şəhərimizdə ilk dəfə konsert verəcək

Gəncədə Qara Dərvişin konsertinə bilet satışı start götürüb. Bu haqda Gencexeber.az 4 aprel tarixində məlumat verir.

Azərbaycanda rokçu kimi tanınsa da, yaradıcılığının özünəməxsus fəlsəfəsi və ədəbiyyatı ilə diqqət çəkən Qara Dərviş şəhərimizin qonağı olacaq. O, burada ilk konsertini verəcək. Tədbir 14 may tarixində saat 19:00-da Gəncə Dövlət Dram teatrının köhnə binasında təşkil olunacaq.

Konsert “DC Sounds Production” leyblinin və “Amirkhanov Organization”un birgə təşkilatçılığı ilə reallaşacaq. Biletlərin qiyməti 15, 18 və 20 manatdır. Konsertə qatılmaq istəyənlər biletləri bu gündən etibarən “Kitab Oxu” kafesindən ala bilərlər.

Ən Çox Oxunan