Gəncədə yarmarka təşkil olunacaq. Bu haqda məlumat 31 mart tarixində sosial şəbəkələrdə paylaşılıb.
“GƏNCƏSƏNƏT” adlı incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası “Autizm Məlumatlandırma Günü” və “Dünya Uşaq Kitabları Günü”nə həsr olunacaq. Tədbir 2 aprel tarixində Urban Mərkəzi və Mərkəzi Qalereyada (Filarmoniyanın yanında) keçiriləcək. Burada müxtəlif əl işləri sərgilənəcək və satışa çıxarılacaq.
Yarmarkanın əsas məqsədi müxtəlif sənət növlərinin yaşadılması və inkişafı, yaradıcılıqla məşğul olan insanlar arasında inkişaf yönümlü dialoqun qurulması, sakinlərdə sənətkarlıq və incəsənətə marağın artırılmasıdır.