Gəncədə növbəti konsert proqramı baş tutacaq. Bu haqda 14 iyun tarixində Gəncə Dövlət Filarmoniyasına istinadən məlumat veririk.
Proqram Gəncə Dövlət Filarmoniyasında təşkil olunacaq. Madteen və Rəssam şəhərimizin sakin və qonaqlarına “Mən istədim” adlı konsert proqramı ilə çıxış edəcəklər. Tədbir 8 iyul tarixində saat 18:00-da baş tutacaq.
Biletləri Filarmoniyanın kassasından və ya iticket.az saytından əldə etmək mümkündür. Qiymətlər 20-50 manat arası dəyişir.