5.8 C
Gence
5.8 C
Gence

Kolxoz bazarının bir hissəsi sakinlərin istifadəsinə verilir

Gəncədə yeni tikilən bazarın bir hissəsinin açılışı olacaq. Bu haqda 12 mart tarixində Gəncə Dövlət Filarmoniyası məlumat paylaşıb.

“Gəncə Qalası” kompleksinin Bazaar mall hissəsi sakinlərin istifadəsinə veriləcək. Açılış mərasimi 13 mart tarixində saat 12:00-da baş tutacaq. Burada sakinlər üçün xüsusi şou proqram təşkil olunacaq. Proqrama aşağıdakılar daxildir:

  • Alov şou;
  • Rəqs şou;
  • Bayraq şou;
  • Qılınc şou;
  • Bahar qızı;
  • Xüsusi dəvət olunmuş musiqiçilər.

Ən Çox Oxunan