Gəncədə sərgi baş tutacaq. Bu haqda Gencexeber.az-a 6 may tarixində məlumat daxil olub.
Sərgini “Retro Klub Gəncə” təşkil edəcək. Tədbir 9 may tarixində saat 15:00-da Heydər Əliyev Park Kompleksinin girişində yerləşən Zəfər Tağının qarşısında keçiriləcək. Burada klassik avtomobillər nümayiş etdiriləcək.
Tədbirə şəhərin bütün sakinləri və qonaqları dəvət olunurlar. Klassik avtomobili olan şəxslər sərgidə maşını ilə birgə iştirak edə bilərlər.