Gəncənin balaca sakinlərinin yay tətilində asudə vaxtlarını səmərəli və faydalı keçirməsi üçün bir çox valideynlər onları müxtəlif idman növlərinə yönləndirirlər. Bu işdə köməklik göstərmək üçün Gencexeber.az redaksiyası olaraq, 26 iyul tarixində şəhərdəki bir sıra kikboksinq üzrə idman klubları haqda məlumat toplayıb sizə təqdim edirik:
- Heydər Əliyev prospekti ilə Ələkbər bəy Rəfibəyli küçəsinin kəsişməsi (Yağ-piy kombinatının yanı). Məşqlər həftənin 6 günü yay tətilində saat 10:00-da başlayır. Tədris ili dövründə məşğələlər həftənin I, III və V günləri saat 18:00-da, II, IV və VI günlər isə 18:30-da keçirilir. Dərslərə 5 yaşdan yuxarı qızlar və oğlanlar qəbul edilirlər.
- Həsən Əliyev küçəsi, “Zenit” İdman Cəmiyyəti (Gəncə mall-un yanı). Məşqlər yay tətilində I, III və V günlər saat 09:30-dan 11:00-dək keçirilir. Şənbə günləri məşqlər 12:00-da başlayır. Dərs ili dövründə məşğələlər saat 15:30-dan 19:00-a qədər təşkil olunur. Kluba 4 yaşından yuxarı qızlar və oğlanlar qəbul edilirlər.
- Mahrasa bağı, Cavad bəy Rəfibəyli küçəsində “Olimpiya idman Klubu” (16 nömrəli məktəbin yaxınlığı). Məşqlər həftənin I, III və V günləri saat 9:00-da, II, IV və VI günləri isə 10:00-da keçirilir. Kluba 6 yaşından yuxarı qızlar və oğlanlar qəbul edilirlər.
- Şah İsmayıl Xətai prospekti (“Xanımın dükanı”nın yanı), “Pasyolka” adlanan ərazi. Məşqlər yay tətilində hər gün saat 9:30-da keçirilir. Dərs ilində məşğələlər iki növbədə olur: I növbə – 9:00-da, II növbə isə saat 16:30-da başlayır. Kluba 4 yaşından yuxarı qızlar və oğlanlar qəbul edilirlər.