14.7 C
Gence
14.7 C
Gence

“II Gəncə Kitab Sərgisi” keçiriləcək

Gəncədə kitab sərgisi baş tutacaq. Bu haqda Gencexeber.az-a 10 noyabr tarixində məlumat daxil olub.

“II Gəncə Kitab Sərgisi” 11, 12 və 13 noyabr tarixlərində Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində təşkil olunacaq. Burada 30-dan çox nəşriyyat və 10-dan çox kitab evi iştirak edəcək. Tədbir zamanı satılan kitablara 50%-dək endirim tətbiq olunacaq.

Məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları və musiqi proqramları keçiriləcək. Sərgini qeyd olunan günlər saat 10:00-dan 19:00-dək ziyarət etmək olar.

Ən Çox Oxunan