24.1 C
Gence
24.1 C
Gence

II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində Gəncədə konsert keçiriləcək

Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə oktyabrın 15-dən 20-dək II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçiriləcək. Bu haqda Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov məlumat paylaşıb.

Festival çərçivəsində 18 oktyabr tarixində saat 12:00-da Gəncə Dövlət Filarmoniyasında “Gəncədən Bakıya” adlı konsert baş tutacaq. Tədbirdə Gəncə şəhəri və ətraf rayonların musiqi kollektivləri çıxış edəcək.

Gəncə Dövlət Filarmoniyasından aldığımız məlumata əsasən, biletləri Filarmoniyanın kassasından əldə etmək olar.

Ən Çox Oxunan