Gəncədə Hindistanla bağlı sərgi-yarmarka keçirilir. Bu haqda Gencexeber.az-a 25 may tarixində məlumat daxil olub.
“Hindistan sərgisi” adlı tədbir saat 11:00-dan 19:00-dək “Gəncə Qalası” ticarət mərkəzində təşkil olunur. Burada Hindistan şirkətlərinin məhsulları olan çay, düyü, ədviyyat, ev əşyaları, toxuculuq malları, geyim, zərgərlik məmulatları, kosmetika və s. təqdim edilir.
Sərgiyə qatılmaq istəyən hər kəs burada ödənişsiz iştirak edə bilər. Yarmarka 28 may tarixinədək davam edəcək.