Gəncə sakinlərinin asudə vaxtlarını sağlam və hərəkətli keçirmələri üçün şəhərimizin müxtəlif ərazilərində açıq havada idman alətləri yerləşdirilib. Bu avadanlıqlardan hər yaş nümayəndələri istifadə edə bilərlər. Gencexeber.az redaksiyası olaraq, bir sıra binaların qarşısında və parklarda açıq havada yerləşən idman qurğuları haqda məlumat toplayıb, oxucularımıza təqdim edirik.
Binaların önündəki avadanlıqların ünvanı:
- Yeni Gəncə qəsəbəsi, Gənclər Evinin yanı;
- Birinci mikrorayon, Zərifə Əliyeva prospekti, 89 və 195;
- Gülüstan qəsəbəsi, Namiq Şahmuradov küçəsi, 126 və 146;
- Tofiq Bağırov küçəsi, 109;
- Həsən Əliyev küçəsi, 68;
- Atatürk prospekti, 435 və 497.
Şəhərimizin idman alətləri yerləşdirilmiş parkları:
- Park Bulvar;
- Xan bağı;
- Qəmbər Hüseynli parkı;
- Əziz Əliyev parkı.