11.9 C
Gence
11.9 C
Gence

İH binasının qarşısında Novruz şəhərciyi qurulur

Gəncədə Novruza hazırlıq işləri gedir. Bu haqda Gencexeber.az-a 4 mart tarixində məlumat daxil olub.

Məlumat verdiyimiz kimi, İcra Hakimiyyəti binasının qarşısında yarmarka olacaq. Burada artıq satış və tanıtım pavilyonu qurulub. Şəhərciyin sabahdan fəaliyyətə başlaması planlaşdırılır.

Burada ölkədə ən hündür səməni qoyulacaq, əyləncə qurğuları, kəndirbaz və milli oyunlar, gündəlik konsert və şou-proqramlar təşkil olunacaq. Şəhərcik 5-25 mart tarixlərində sakinlərin xidmətində olacaq.

 

Ən Çox Oxunan