16.4 C
Gence
16.4 C
Gence

Gəncə sakinlərinin “bazarlıq” etdikləri market şəbəkələrində qiymətlər öyrənilib

Gencexeber.az tərəfindən şəhərin market şəbəkələrində əsas qida məhsullarının qiymətləri öyrənilib. Fevralın 19-na olan satış qiymətləri aşağıda göstərilən cədvəl şəklində hazırlanıb.

Məhsullar

“Bravo” supermarket

“Oba” market

“Gold Əminə” market

Qiymətlər

Düyü (1 kq)1.40-dan 3.15-dək1.70-dən 3.39-dək1.45-dən 3.54-dək
Qarabaşaq (1 kq)2.992.992.90-dan 3.30-dək
Makaron (500 qr)1.45-dən 2.85-dək0.85-dən 1.45-dək0.70-dən 3.64-dək
Çay (100 qr)1.73-dən 3.08-dək1.99-dan 2.50-dək1.10-dan 2.22-dək
Şəkər (1 kq)1.351.352.15
Qənd (1 kq)1.901.811.45
Kartof (1 kq)1.091.091.08
Soğan (1 kq)0.550.550.58
Duru yağ (1 lt)3.55-dən 6.65-dək3.59-dan 6.11-dək3.40-dən 6.93-dək
Kərə yağı (1 kq)15.70-dən 22.85-dək15.70-dən 19.50-dək13.65-dən 26.71-dək
Broyler yumurtası (1 ədəd)0.150.170.16
Toyuq əti (1 kq)4.70-dən 8.50-dək3.30-dan 8.99-dək6.50-dən 7-dək
Süd (1 lt)2.29-dən 2.55-dək1.85-dən 1.99-dək2.14-dən 2.43-dək

İzləyicilərimizdən daxil olan məlumata əsasən, sözügedən məhsulların qiymətlərində artım müşahidə edilib. Onların sözlərinə görə, müqayisədə ən yüksək qiymətlər “Bravo” supermarketdə, orta “Oba”da, ən aşağı isə “Gold Əminə” market şəbəkəsində müşahidə edilir.

Qeyd edək ki, cədvəldə endirimlər daxil deyil. Səbəb odur ki, eyni şəbəkənin müxtəlif filiallarında qiymətlərdə fərq yaranır.

 

Ən Çox Oxunan