10.3 C
Gence
10.3 C
Gence

“GƏNCƏSƏNƏT” sərgi-yarmarkası keçiriləcək

Gəncədə yarmarka təşkil olunacaq. Bu haqda Gencexeber.az-a 30 noyabr tarixində məlumat daxil olub.

“GƏNCƏSƏNƏT” adlı incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası “3 dekabr – Beynəlxalq əlillər günü”nə həsr olunacaq. Tədbir 2 dekabr tarixində saat 12:00-dan 18:00-dək Urban Mərkəzi və Mərkəzi Qalereyada (Filarmoniyanın yanında) keçiriləcək. Burada müxtəlif əl işləri sərgilənəcək və satışa çıxarılacaq.

Yarmarkanın əsas məqsədi müxtəlif sənət növlərinin yaşadılması və inkişafı, yaradıcılıqla məşğul olan insanlar arasında inkişaf yönümlü dialoqun qurulması, sakinlərdə sənətkarlıq və incəsənətə marağın artırılmasıdır.

Ən Çox Oxunan