16.4 C
Gence
16.4 C
Gence

“Gəncəsənət” incəsənət, sənətkarlıq və yaradıcılıq yarmarkası keçiriləcək

Gəncədə növbəti yarmarka təşkil olunacaq. Bu haqda Gencexeber.az-a 25 may tarixində məlumat daxil olub.

“Gəncəsənət” adlı incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunacaq. Tədbir1 iyun tarixində saat 12:00-dan 18:00-dək Gəncə Dövlət Filarmoniyasının bağı və Urban mərkəzində keçiriləcək. Burada müxtəlif əl işləri sərgilənəcək və satışa çıxarılacaq.

Yarmarkanın əsas məqsədi müxtəlif sənət növlərinin yaşadılması və inkişafı, regionda yaradıcılıqla məşğul olan insanlar arasında inkişaf yönümlü dialoqun qurulması, sakinlərdə sənətkarlıq və incəsənətə marağın artırılmasıdır.

Ən Çox Oxunan