24.7 C
Gence
24.7 C
Gence

Gəncənin ən ucuz çayxanası

Gəncədə hər kəsin sevərək getdiyi çayxana fəaliyyət göstərir. Bu haqda 30 iyul tarixində Apa TV-yə istinadən məlumat veririk.

Dəmir yolu vağzalının yaxınlığında yerləşən parkda çayxana var. Burada bir çaynik çayın qiyməti 70 qəpikdir. Sakinlərin sözlərinə görə, burada çay ucuz, dadlı və keyfiyyətlidir. 40 ildən çoxdur ki, çayçılıqla məşğul olan Fəzail Rzayev deyir ki, çayın elə çox maya dəyəri yoxdur. Bu səbəbdən qiyməti artırmağa gərək olmayıb.

Müştərilərin əksəriyyəti 20 ildən artıqdır ki, çay içmək üçün bura gəlir. Hətta bəzən bunun üçün ən az yarım saat növbə gözləməli olanlar da olur.

Fəzail dayının sözlərinə görə, bu çayxanada gündə 200-250 çaynik çay satılır.

Ən Çox Oxunan