24.1 C
Gence
24.1 C
Gence

Gəncə Mall-da keçiriləcək sərgiyə rəsm əsərlərinin qəbulu başlayıb

Gəncədə uşaqların əsərləri nümayiş olunan sərgi baş tutacaq. Bu haqda Gəncə Mall rəsmi Instagram səhifəsində məlumat paylaşıb.

8, 9, 10 noyabr tarixlərində “Böyük Qələbə uşaqların gözü ilə” adlı rəsm sərgisi keçiriləcək. Sərgidə 8-13 yaş arası uşaqların Qələbə mövzusunda rəsmləri nümayiş olunacaq. Seçilmiş 20 rəsm Gəncə Mall-da sərgilənəcək.

İstedadlı uşaqların valideyinləri A3 ölçüdə kağızda övladının ad və soyadını qeyd edərək mall-un məlumat mərkəzinə təqdim edə bilərlər.

Rəsmlərin son qəbul tarixi 22 oktyabrdır.

Ən Çox Oxunan