Gəncədə 12 oktyabr tarixində tamaşa baş tutacaq. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
Tədbir Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Gəncə Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq. Saat 14:30-da Kəlbəcər Mədəniyyət mərkəzində “Zəfər: Körpələrin gülüşü” adlı tamaşa səhnəyə qoyulacaq.
Raket hücümundan zərər çəkmiş vətəndaşların – əsas da uşaqların acısını dindirən tamaşada hadisələr ətraflı təsvir olunacaq. Finalda Vətən müharibəsindəki Qələbəmiz canlandırılacaq.
Qeyd edək ki, tədbirdə dağıntıların canlı şahidi uşaqlar qonaq qismində iştirak edəcəklər.