24.8 C
Gence
24.8 C
Gence

Gəncədə yeni dərs ilinin ilk əyani intellektual oyunu keçiriləcək

Gəncədə 10 oktyabr tarixində İntellektual oyun baş tutacaq. Bu haqda Gəncə İntellektual Klubu məlumat paylaşıb.

“Nə? Harada? Nə zaman?” adlanan oyun yeni tədris ilinin ilk əyani turniri olacaq. Yarış “18 oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibəti ilə keçirilir.

İştirak etmək istəyən hər kəs qoşula bilər. Turnir 11:00-da baş tutacaq. İştirakçılar mütləq maskadan istifadə etməlidirlər. Oyun Gəncə Gənclər Evində keçiriləcək.

Qeyd edək ki, Gəncə Gənclər Evi 28 may küçəsi, 34 ünvanında yerləşir.

 

Ən Çox Oxunan