9.7 C
Gence
9.7 C
Gence

Gəncə Dövlət Filarmoniyasında “Sevil” operası səhnəyə qoyulacaq

Gəncədə opera nümayişi baş tutacaq. Bu haqda 5 noyabr tarixində Fikrət Əmirov adına Gəncə Kamera Orkestrinə istinadən məlumat veririk.

Tədbir Mədəniyyət Nazirliyinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçiriləcək. Tamaşa Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunur. 13 noyabr tarixində saat 19:00-da Gəncə Dövlət Filarmoniyasında “Sevil” əsəri səhnəyə qoyulacaq.

Üç pərdəli operada rolları Fatimə Cəfərzadə, Azər Zeynalov, İnarə Babayeva, Nina Makarova, Tural Ağasiyev, Taleh Yahyayev, Urfan Cəfərov, Fəhmin Əhmədli, Esmira Məmmədova və Nəzər Bəylərov ifa edəcəklər. Tamaşanın dirijoru Orxan Həşimovdur.

Biletləri filarmoniyanın kassasından əldə etmək olar.

Ən Çox Oxunan