19.7 C
Gence
18.5 C
Ganja

Gəncə Dövlət Filarmoniyasında konsert baş tutub

Gəncədə 3 oktyabr tarixində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş konsert keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Konsertdə Gəncə Dövlət Kamera Orkestri çıxış edib. Tədbir İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasında baş tutub. Konsertdə yerli əhali və şəhərin qonaqları iştirak ediblər.

İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romanslar, eləcə də xalq mahnıları səsləndirilib.

Konsertdə Respublikanın Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova və digərləri çıxış ediblər.

Qeyd edək ki, 1 oktyabr tarixində konsertin baş tutması haqda anons etmişdik.