Gəncədə 1 noyabr tarixində səhnəyə tamaşa qoyulacaq. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
Gəncə Dövlət Dram Teatrının 126-cı teatr mövsümü Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və dərviş Məstəlişah” adlı komediya ilə açıq elan ediləcək. Tamaşa 1 noyabr tarixində saat 18:00-da baş tutacaq.
İzləmək istəyən hər kəs ödənişsiz iştirak edə bilər.