Gəncədə bu gün, 22 oktyabr tarixində kitab təqdimatı olacaq. Bu haqda Gəncə Regional Mədəniyyət İdarəsi məlumat paylaşıb.
Saat 12:00-da Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxanasında “İsmayıl Xan Ziyadxanov” kitabının təqdimat mərasimi baş tutacaq. Əsərin müəllifləri Ənvər Çingiozğlu və Aydın Ziyadlıdır.
Qeyd edək ki, təqdimat Nizami küçəsi, 81 ünvanında baş tutacaq.