24.7 C
Gence
24.7 C
Gence

Gəncədə kirayə avtomobilləri haradan götürmək olar

Gəncədə bir çox sakinin hərəkəti ictimai nəqliyyat vasitələri hesabına təmin olunur. Lakin bəzi hallarda bir müddətlik şəxsi maşının olmasına tələb yaranır. Bu vaxt kirayə avtomobillər verilən məntəqələr köməyə çatır.

Gencexeber.az redaksiyası olaraq şəhərdə həmin müəssisələrlə bağlı məlumat topladıq. 22 sentyabr tarixində həmin məkanlardan bir neçəsinin adları və şərtləri barədə məlumat veririk:

  • “Mamedov rent a car”. Keçmiş Fərhad Əliyev, indiki Zərifə Əliyeva küçəsində (GDU-nun III korpusunun arxasında) yerləşir. Avtomobillər 24 yaş və yuxarı, hazırda işləyən şəxslərə, sürücülük və şəxsiyyət vəsiqəsi təqdim etməklə verilir. Maşınların günlük kirayəsinin qiyməti 60-100 manat arasında dəyişir. Depozit tələb olunmur.
  • “Gold rent a car”. Şah İsmayıl Xətai prospektində (“Azərittifaqda”, “Kristal” şadlıq sarayının qarşısında) yerləşir. Avtomobillər 24 yaş və yuxarı, hazırda işləyən şəxslərə, sürücülük və şəxsiyyət vəsiqəsi təqdim etməklə verilir. Maşınların günlük kirayəsinin qiyməti 50-120 manat arasında dəyişir. Burada depozit tələb edilir.
  • “A&N rent a car”. Heydər Əliyev prospektində yerləşir. Avtomobillər 24 yaş və yuxarı, hazırda işləyən şəxslərə, sürücülük və şəxsiyyət vəsiqəsi təqdim etməklə verilir. Maşınların günlük kirayəsinin qiyməti 70-170 manat arasında dəyişir. Depozit tələb olunmur.

Ən Çox Oxunan