25.8 C
Gence
25.8 C
Gence

Gəncədə incəsənət yarmarkası keçiriləcək

Gəncədə yarmarka təşkil olunacaq. Bu haqda 1 mart tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

“GƏNCƏSƏNƏT” adlı incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası 5 mart tarixində Urban Mərkəzi və Mərkəzi Qalereyada (Filarmoniyanın yanında) keçiriləcək. Burada müxtəlif əl işləri sərgilənəcək və satışa çıxarılacaq.

Yarmarkanın əsas məqsədi müxtəlif sənət növlərinin yaşadılması və inkişafı, yaradıcılıqla məşğul olan insanlar arasında inkişaf yönümlü dialoqun qurulması, sakinlərdə sənətkarlıq və incəsənətə marağın artırılmasıdır.

Ən Çox Oxunan