24.7 C
Gence
24.7 C
Gence

Gəncədə “Fulya” adlı sənədli film təqdim olunacaq

Gəncədə “Fulya” sənədli filmin bu ayın axırınadək təqdimatı baş tutacaq. Bu haqda Gencexeber.az 6 oktyabr tarixində “Real TV”-yə istinadən xəbər verir.

Sənədli filmin qəhramanı Fulya Öztürkün sözlərinə görə, ayın sonunadək təqdimat mərasimi keçiriləcək. “Gəncədə özəl bir göstərim olacaq, çünki zəfəri orada qarşıladıq” – deyə, Öztürk söyləyib.

Hazırlanan materialda Vətən müharibəsi zamanı həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynamış Fulya Öztürkün Gəncə, Bərdə və Tərtərdə yaşadığı dəhşətli anlar haqda bəhs olunur.

Qeyd edək ki, Cəfər Cabbarlı adına Azərbaycan kinostudiyası tərəfindən hazırlanan film artıq İstanbulda təqdim olunub.

Ən Çox Oxunan