24.1 C
Gence
24.1 C
Gence

Gəncədə fiziki məhdudiyyətli şəxslər üçün “Əngəlsiz moda” layihəsi keçiriləcək

 

“Əngəlsiz moda” adlı layihə Gəncə şəhərində cümə günü, 30 iyul keçiriləcək. Bu baradə məlumat bu gün, 27 iyul sosial şəbəkələrdə paylaşılıb.

Tədbir açıq havada Heydər Əliyev adına Park Kompleksində yerləşən Amfiteatrda axşam saat 19:00-da başlayacaq. Giriş sərbəstdir. Layihə “Onların qabiliyyəti fiziki məhdudiyyətindən üstündür” devizi altında keçiriləcək.

“Layihənin məqsədi, fizki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası, moda sahəsində onların rol almasını təmin etmək və onlar üçün maraqlı bir gün yaşatmaqdır”, – paylaşımda deyilir.

Layihə Gənc İnsan Hüquq Müdafiəçiləri İctimai birliyi, Gəncə Maarif Evi və Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən təşkil olunur.

Həmçinin, tədbir Gəncə Şəhər İcra Hakimiyyəti, ASAN Xidmət, UAFA, Gənclər üçün Təhsil Mərkəzi və AİDES şirkətlərinin dəstəyi ilə və Oksi şirkətlər qrupunun baş sponsorluğu ilə keçirilir.

Ən Çox Oxunan