20.6 C
Gence
20.6 C
Gence

Gəncədə “Dumanlar başımda dastana döndü” adlı qrup sərgisi davam etdirilir

Gəncənin Əttarlar küçəsi, 1 ünvanında yerləşən Məhsəti Gəncəvi mərkəzində “Dumanlar başımda dastana döndü” adlı qrup sərgisi davam etdirilir.

Ekspozisiyada yerli rəssamların və fotoqrafların Dağlıq Qarabağ münaqişəsinə və zəfər hadisələrinə aid əsərləri nümayiş olunur. “YARAT” Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.

Qeyd edək ki, “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən, Mədəniyyət Nazirliyi və Məhsəti Gəncəvi mərkəzinin dəstəyi ilə təşkil edilən sərgi, sentyabrın 25-dək davam etdiriləcək.

Ən Çox Oxunan