24.7 C
Gence
24.7 C
Gence

Gəncədə İCMA Yarmarkası təşkil ediləcək

Gəncədə yarmarka keçiriləcək. Bu haqda iyunun 13-ü Art Garden Ganja-ya istinadən məlumat veririk.

İCMA Yarmarkası iyunun 19-u saat 12:00-da təşkil olunacaq. Orada musiqi sədaları altında əl işləri, kitab, aksesuarlar və s. nümayiş etdirilərək satışa çıxarılacaq.

Tədbirin məqsədi regionda Yarmarka ideyasının təbliğatı, yerli sənətkarların əl işlərinin təqdimatı, məhsulların satışını həyata keçirməkdir.

Qeyd edək ki, yarmarka Vaqif küçəsi, 160 ünvanında təşkil olunacaq.

Ən Çox Oxunan