22.5 C
Gence
22.5 C
Gence

Gəncədə “Beynəlxalq əlillər günü” münasibəti ilə Dram Teatrda tədbir baş tutacaq

Gəncədə “Beynəlxalq əlillər günü”nə həsr edilmiş tədbir keçiriləcək. Bu haqda 2 dekabr tarixində məlumat daxil olub.

Tədbir Gəncə Dövlət Dram Teatrında saat 15:00-da baş tutacaq. Fərəh İctimai Birliyinin təşkil etdiyi mərasimə giriş ödənişsizdir.

Qeyd edək ki, Fərəh İctimai Birliyi fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyasını nəzərdə tutan tədbirlər üzərində işləyir. Burada həmçinin imkansız ailədən olan uşaqlara təmənnasız psixoloq dəstəyi, ingilis dili və şahmat dərsləri keçirilir.

Fərəh ictimai birliyi Xəlilbəy Xasməmmədov, 15A ünvanında yerləşir. Birliyə dəstək olmaq istəyənlər (050) 428 82 57 nömrəsinə zəng edə, yaxud WhatsApp-a yaza bilərlər.

Ən Çox Oxunan