27.5 C
Gence
27.5 C
Gence

Gəncədə balacalar üçün tamaşa səhnələşdiriləcək

Gəncədə “Qırmızı Papağın Yeni İl Macərası” adlı tamaşa səhnələşdiriləcək. Bu haqda Gencexeber.az-a 16 dekabr tarixində məlumat daxil olub.

Tamaşa Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 1, 2 və 3 yanvar tarixlərində göstəriləcək. Nağıl bir saat ərzində azərbaycan və rus dillərində göstəriləcək. Qırmızı papaqla yanaşı personajlardan ayı, canavar, tülkü, kəşfiyyatçı, küpəgirən və balaca günəş olacaq.

Tədbirin proqramına aşağıda qeyd olunanlar daxildir:

  • Şar şou;
  • Qar qız və Şaxta baba;
  • Faceatr;
  • Fləşmob;
  • Sehirbaz.

Ən Çox Oxunan