24.1 C
Gence
24.1 C
Gence

Gəncədə “90-lar” tərzində Yeni il şənliyi baş tutacaq

Gəncədə “90-lar” ab-havasında Yeni il şənliyi keçiriləcək. Bu haqda Gencexeber.az-a 24 dekabr tarixində məlumat daxil olub.

Partinin təşkilatçısı “Gəncə Avropa Gənclər Paytaxtı” İctimai Birliyidir. Şənlik dekabrın 26-sı saat 16:00-da “Epikür Bağı”nda baş tutacaq. Təşrif buyuran qonaqlar 90-cı illər tərzində geyinməlidirlər.

Proqramda müxtəlif yarışlar, hədiyyəli oyunlar və DJ musiqiləri nəzərdə tutulub. Menyuya pizzalar, salatlar, sendviçlər, meyvə şirələri və şirniyyatlar daxildir.

Bir qonaq üçün bilet 20 manat təşkil edir. “Epikür Bağı” Şah İsmayıl Xətai prospekti ilə Şeyx Bahəddin küçəsinin kəsişməsində yerləşir.

Ən Çox Oxunan