Gəncə sakinləri yay fəslinin son ayını qarşılayıblar. Bir çoxları avqustda istirahətə yollanırlar. Gəncəxəbər.az redaksiyası olaraq, ölkədaxili turlar təşkil edən şirkətlərlə bağlı sorğu keçirdik. Nəticə əsasında gələn həftə üçün nəzərdə tutulmuş turlar barədə məlumat toplayıb oxucularımıza təqdim edirik.
- Qəbələ – Mingəçevir turu: 13 avqust.
İştirakçılar səhər saat 7:00-da “Dəyirmanın dairəsi” adlanan ərazidə yığılacaqlar. Buradan 20 nəfərlik “Sprinter”lə yola düşəcəklər. Bir nəfər üçün iştirak haqqı 12 manat təşkil edir, şəhid və qazi övladları üçün ödənişsizdir. Səyahət zamanı spirtli içki içmək qadağandır. Tura samovar çayı və bələdçi daxildir. Gəncəyə geri dönüş saat 22:00-dır.
Turun proqramı aşağıdakı kimidir:
- Qəbələ. “7 gözəl” şəlaləsi;
- Nohur göl;
- Rus meşəsi;
- Qəbələnd (giriş tura daxil deyil);
- Tufandağda Kanat (Kanata minmək tura daxil deyil);
- Piknik (Qida qəbulu üçün);
- Mingəçevir bulvarı.
Əlavə məlumat üçün (055) 553 77 88 nömrəsi ilə əlaqə saxlamaq olar.
- Qax – Şəki – Mingəçevir turu: 13 avqust.
İştirakçılar səhər saat 6:45-də Mərkəzi Univermağın qarşısında yığılacaqlar. Bir nəfər üçün iştirak haqqı 18 manat təşkil edir. Yolda hədiyyəli oyunlar oynanılacaq. Avtobus Gəncəyə 22:00 – 23:00-da geri dönəcək. Səyahət zamanı spirtli içki içmək qadağandır. Tur zamanı problem yaradan şəxs və ya şəxslər nəqliyyatdan düşürüləcəklər.
Turun proqramı aşağıdakı kimidir:
- Qax. Mamırlı şəlalə;
- Səngər qala;
- Şəki Yaylası;
- Şirniyyat evi;
- Mingəçevir bulvarı.
Mamırlı şəlaləsinə qalxmaqda çətinlik çəkən şəxslər əlavə ödəniş edərək “Niva” ilə qalxa bilərlər.
Əlavə məlumat üçün (055) 244 66 40 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.
- Şəki – Oğuz – Mingəçevir turu: 12 və 13 avqust.
İştirakçılar səhər saat 7:00-da Mərkəzi Univermağın qarşısında yığılacaqlar. Bir nəfər üçün iştirak haqqı 17 manat təşkil edir. Yolda fərqli oyunlar təşkil ediləcək. İştirakçılar Gəncəyə 23:00-da dönəcəklər.
Turun proqramı aşağıdakı kimidir:
- Şəki. Xan Sarayı;
- Karvansara;
- Oğuz. Xal-xal şəlaləsi;
- Mingəçevir bulvarı.
Qidalanma qiymətə daxil deyil. Ətraflı məlumat üçün (051) 621 49 54 nömrəsi ilə əlaqə saxlamaq olar.