Sağlam həyat tərzinə və fit görünüşə sahib olmaq istəyən qadın və kişilər üçün şəhərimizdə idman (trenajor) zalları fəaliyyət göstərir. Gencexeber.az redaksiyası olaraq, bir sıra mərkəzlər haqda məlumat toplayıb, oxucularımıza təqdim edirik:
- Azərbaycan bayrağı prospekti, 316 ünvanında “Nuray Fitness” idman mərkəzi. Mərkəz yalnız qadınlar üçün fəaliyyət göstərir. Məşqlər həftənin 6 günü saat 10:00-dan 22:00-a qədər keçirilməklə həftədə 3 dəfə 60 manat, altı gün isə 100 manat təşkil edir.
- Mahrasa bağı, Şota Rustaveli küçəsində “A Fitnes” mərkəzi. Yalnız qadınlar üçün fəaliyyət göstərir. Məşqlər həftənin I, III, V günləri saat 10:00-dan 21:00-a qədər, II, IV və VI günlər isə saat 10:00-dan 18:00-a qədər keçirilir. Burada, həmçinin müalicəvi məşq də var. Dərslər qrup şəklində ayda 12 dəfə 37 manat, fərdi şəkildə isə 57 manat təşkil edir.
- Ruzigar Qasımov küçəsi (“Oğuz” marketin binası) “Goo Fit”. Mərkəz kişilər və qadınlar üçün fəaliyyət göstərir. Bəylər üçün məşqlər həftənin I, III, V günləri saat 10:00-dan 23:00-a, II, IV və VI günlər isə 12:00-dan 23:00-a qədər, xanımlar üçün II, IV və VI günlər saat 10:00-dan 12:00-dək keçirilir. Məşqin aylıq ödənişi kişilər üçün 25, xanımlar üçün isə 30 manat təşkil edir.
- Cavad bəy Rəfibəyli küçəsində (Bala bağman) “Monster Gym”. Mərkəz kişilər və xanımlar üçün eyni saatlarda fəaliyyət göstərir. Məşqlər həftənin 6 günü saat 10:00-dan 22:00-a qədər keçirilir. Dərslər həftədə 3 dəfə 40 manat, 4 dəfə 50 manat, limitsiz gediş isə 60 manat təşkil edir.
- Rəfiqə Əliyeva küçəsi (“Pasyolka”) “Zeus Gym”. Mərkəz kişilər və xanımlar üçün eyni saatlarda fəaliyyət göstərir. Məşqlər həftənin 6 günü saat 10:00-dan 22:00-a qədər keçirilir. Dərsin aylıq ödənişi 35 manat təşkil edir. İdman zalına daxil olmaq üçün kart 5 manata verilir.
- Heydər Əliyev prospekti, 294B ünvanında “Hollivud Sport Klub”. Mərkəz yalnız kişilər üçün fəaliyyət göstərir. Məşqlər həftənin 6 günü saat 10:00-dan 22:00-a qədər keçirilir. Dərslər həftədə 3 dəfə olmaqla aylıq 30 manat təşkil edir.
- Qəmbər Hüseynli küçəsində (Butulka evın yaxınlığı) “Fit House” idman mərkəzi. Mərkəz kişi və qadınlar üçün fəaliyyət göstərir (zallar ayrıdır). Məşqlər həftənin 6 günü saat 10:00-dan 22:00-a qədər keçirilir. Kişilər üçün aylıq ödəniş 40 manatdır. Qadınlara dərslər məşqçi ilə birlikdə 70 manat, müəllimsiz 50 manat, fərdi şəkildə isə 100 manat təşkil edir.